Mehdinin (ə) məşhur ləqəbləri hansılardır?

Hər şeydən əvvəl bunu qeyd edək ki, dünyanın sonuna yaxın zühur edib (aşkara çıxıb), zülmlə dolmuş dünyanı ədalətə qərq edəcək bir şəxsin varlığına inam təkcə İslamda deyil, səmavi və qeyri-səmavi dinlərdə də mövcuddur. Həmin dinlərdə təqdim edilən Mehdi obrazının adları fərqlidir. İslam mənbələrində də Mehdinin (ə) çoxlu ləqəbi qeyd edilib. Ən məşhur ləqəblər aşağıdakılardır: Müntəzər (intizarı çəkilən, zühuru gözlənilən), Qaim (qiyam edən və ya haqqı dirçəldən), Sahibəz-zaman (zamanın, vaxtın sahibi), Bəqiyyətullah (Allahın diri saxladığı şəxs), Vəliyyi-əsr (əsrin, zamanın hakimi), Xələf (övlad, canişin), Hüccət və Hüccətullah (Allahın sübutu), Varis, Xəlifətullah (Allahın xəlifəsi), Müqəddəs Nahiyə, Müntəqim (intiqam alan), Mövud (vəd edilmiş), Qaib (qeybdə olan) və s. Dini kitablarda bu və başqa onlarla ləqəb Həzrət Mehdiyə (ə) aid edilib.

↑
Exit mobile version