Quranda adı çəkilən “dabbətul-ərz” nədir?

Qurani-Kərimin “Nəml” surısinin 82-ci ayəsində deyilən “dabbətul-ərz” sözünün tərcüməsi yerdən çıxan, tərpənən canlı deməkdir. Bunun nədən ibarət olması barədə alimlər arasında fikir ayrılığı vardır. Ümumi təsəvvürə görə, dabbətul-ərz Qiyamət günündən bir qədər əvvəl Kəbədən (Məkkədəki Səfa təpəsindən və s. yerlərdən də deyilir) çıxacaq canlıdır. Bir əlində Həzrət Süleymanın (ə) üzüyü, o biri əlində Həzrət Musanın (ə) əsası olacaq. O, möminlərlə kafirləri bir-birindən fərləndirəcək. Klassik əhli-sünnə məzhəbinə aid hədislərdə dabbətul-ərz qeyri-adi görünüşü olan heyvan kimi təqdim edilir. Bəzi izahlar ona mənfi məna yükləyir. Amma bəzi şiə rəvayətlərinə görə, dabbətul-ərz Qiyamətdən əvvəl ricət (qayıdış) zamanı dünyaya qayıdacaq Həzrət Əlidir (ə). Bu barədə ətraflı məlumat almaq üçün hədislərə və ixtisaslaşmış ədəbiyyata müraciət etmək lazımdır.

Exit mobile version