Qəbir ziyarəti zamanı hansı duaları oxumaq məsləhətdir?

Rəhmətə getmiş şəxsin məzarını ziyarət edərkən ilk növbədə onun günahlarının bağışlanması və Allahın mərhəmətinə layiq olması üçün dua etmək məsələhətdir. Hədislərdə buyurulub ki, diri insanlar hədiyyə alanda necə sevinirlərsə, ölülər də onların barəsində rəhmət duası ediləndə elə sevinirlər. Qəbir üstündə adətən ya Fatihə və İxlas surələrini, ya da Yasin surəsini oxuyub savabını mərhuma hədiyyə edirlər. Quran surəsi oxunmasının məqsədi savabının ölüyə bağışlanmasıdır. Bundan əlavə qəbir ziyarəti zamanı Mülk, Saffat, Əhzab surələrini oxumaq yaxşıdır. Eləcə də, ziyarət edən şəxs əllərini qəbrin üzərinə qoyub yeddi dəfə Qədr surəsini oxusa və savabını ölüyə hədiyyə etsə, mərhumun əzabının azalması üçün faydası olar.

Exit mobile version