IsDB: Təbiət əsaslı həllərə investisiyalar əmək bazarını dəyişdirəcək

Təbiət əsaslı həllərə investisiyalar əmək bazarını dəyişdirəcək.

“Report” xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası” tədbirində bildirib.

Onun sözlərinə görə, IsDB MENA (Yaxın Şərq və Şimali Afrika) regionunda Beynəlxalq Əmək Təşkilatı (ILO) və “Cambridge Econometrics” ilə əməkdaşlıq edərək region üzrə iqlim siyasəti ssenarilərinin kəmiyyət modelləşdirilməsini həyata keçirib: “Bununla da aşağı karbonlu, iqlimə davamlı inkişaf yollarına keçid, o cümlədən NBS-ə investisiyalar ilə bağlı yaranan əmək bazarı dinamikası və iqtisadi imkanlar üzrə ssenariləri vurğulamaq oldu. Beləliklə, bunu regionda siyasətin qurulmasına kömək edə biləcək və qərar qəbul edənləri dəstəkləyən bir nəticə kimi görürük”.

“​Həmçinin, Braziliyanın Belem şəhərində keçirilmiş COP30-da çoxtərəfli inkişaf bankları təbiət maliyyəsi üçün birgə ümumi taksonomiya və izləmə metodologiyasını işə saldı. Beləliklə, bu, təbiət əsaslı həllər üçün səfərbərliyin və miqyasın artırılmasına kömək etmək potensialına malikdir. Müqayisə üçün MDB-lər (inkişaf bankları) arasında çox yaxşı qurulmuş, uyğunlaşdırılmış metodologiyaya malik iqlim maliyyəsini götürsək, 2025-ci ildə MDB-lər qlobal miqyasda iqlim maliyyəsi olaraq təxminən 137 milyard dolları birgə dəstəkləyiblər. İndi bizdə bu taksonomiya və izləmə metodologiyası olduğuna görə, bu, təbiət maliyyəsinin oxşar bir yol izləyərək miqyasının böyüməsinə kömək edə bilərmi?”

Exit mobile version