SESRIC: İƏT ölkələrində şəhər əhalisinin sayı 2035-ci ilə qədər 1,4 milyarda çatacaq

“Yaşıl texnologiyalar” İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində şəhərlərin dayanıqlı inkişafının açarıdır.

“Report” xəbər verir ki, bu barədə SESRIC-in (İƏT-in Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi) İnformasiya və İnformasiya Texnologiyaları Departamentinin direktoru Əbu Naser Huda Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər inkişafında yaşıl texnologiyalar: dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi” adlı sessiyada bildirib.

Onun sözlərinə görə, İƏT-ə üzv ölkələr sürətli urbanizasiya yaşayır: şəhər əhalisi artıq 1 milyard nəfəri ötüb və 2035-ci ilə qədər 1,4 milyarda çatacaq:

“Yaşıl texnologiya”lar – bərpa olunan enerji, “ağıllı infrastruktur” və iqlimə davamlı şəhər planlaşdırılması şəhərlərin mənzil, nəqliyyat, su təchizatı və enerji sistemlərinə qarşı artan təzyiqə zəruri cavabdır”.

Exit mobile version