Qünut nədir və İslam məzhəblərinin buna baxış tərzi necədir?

Qünut namaz zamanı ayaq üstə (qıyam halında) əlləri qaldırıb sifətin müqabılində qoşalaşdıraraq dua oxunmasına deyilir.

Cəfəri məzhəbinə əsasən, bütün gündəlik namazların yalnız ikinci rükətində, Fatihə və başqa bir surə oxunduqdan sonra qünut tutulması müstəhəbdir. Əhli-sünnə məzhəbləri içində şafiilər sübh namazının ikinci rükətində rükudan qalxdıqdan sonra qünut duası oxumağı sünnət sayırlar. Maliki məzhəbində ikinci rükətin rükusundan əvvəl qünut tutmaq məndubdur (bəyəniləndir). Hənəfi və hənbəli məzhəblərinə görə, yalnız hər hansı müsıbət, təbii fəlakət, bəla üz verdiyi zaman sübh namazında qünut tutmaq müstəhəb sayılır. Bəzi müstəhəb namazlarda (məsələn, vitr namazında) da qünut tutmaq sünnət (müstəhəb) sayılır.

Cəfəri məzhəbinə görə, namazda oxunan bütün başqa sözlərdən fərqli olaraq, qünut duasını istənilən dildə söyləmək olar. Bu, İslam müqəddəslərindən rəvayət olunan məşhur dualar da, namaz qılanın öz şəxsi arzu-istəkləri də ola bilər.

Exit mobile version