İslam suallarda

Təsbeh müqəddəs sayılırmı?

Təsbeh İslamda Allahı zikr etmək üçün bir vasitədir. Təsbehin dənələrini çevirib zikr söyləməklə zikrlərin sayını hesablayırlar. Çünki dinimizdə bəzi zikrləri müəyyən sayda söyləmək tövsiyə edilib. Bu mənada təsbeh öz-özlüyündə müqəddəs sayılmır. Hər hansı adi materialdan hazırlanmış təsbeh qeyri-adi, müqəddəslik daşıyan əşya deyil.

Amma bəzən təsbehi müqəddəs yerlərin torpağından (türbətdən) hazırlayırlar. Xüsusilə, Kərbəla torpağından hazırlanmış təsbehlər möminlər tərəfindən dəyərli sayılır. Kərbəla torpağı – türbət ehtirama layiqdir, ondan hazırlanmış möhürə və təsbehə qarşı hörmətsizlik göstərmək olmaz. Bəzi hədis və rəvayətlərdə Kərbəla türbərinə sayğısızlıq göstərməyin ilahi qəzəbə səbəb olacağı bildirilib. Ona görə də müqəddəs topraqlardan hazırlanmış təsbehlərə ehtiramla yanaşmaq məsləhətdir.

Daha çox göstər
Back to top button