Mübahilə günündə bu əməlləri etmək müstəhəbdir:
Mübahilə gününün müstəhəb əməlləri
1. Qüsl almaq.
2. Oruc tutmaq.
3. Həzrət Əlini (ə) vətəndə də olsa ziyarət etmək.
4. “Ziyarəti-Cameə”ni oxumaq.
5. Qohumlarla əlaqə saxlamaq (sileyi-rəhim etmək).
6. Möminlərə iftar süfrəsi açmaq.
7. Əhli-Beyt (ə) tərəfdarlarını sevindirib onlara hədiyyələr vermək.
8. Zöhr namazına bir az qalmış iki rükət namaz qılmaq (Qədir-Xüm gününün namazı kimidir).
Hər rükətdə bir dəfə “Həmd”, on dəfə “İxlas” surəsini, on dəfə Ayətul-kürsini, on dəfə “Qədr” surəsini oxumaq. Namazdan sonra 70 dəfə demək: “Əstəğfirullahə Rəbbi və ətubu ileyh”.
