Ərbəin gününün bəzi müstəhəb əməlləri vardır ki, bunları etmək insana çoxlu savab gətirər. Dini kitablarda bu əməllər ətraflı təsvir edilib. Onlardan bəziləri budur:
- Qüsl almaq.
- Təmiz və səliqəli libas geyinmək.
- “Ərbəin ziyarətnaməsi”ni oxumaq.
- Ziyarətnamədən sonra iki rükət namaz qılıb öz hacətini Allahdan istəmək.
- Aşağıdakı duanı 10 dəfə oxumaq: “Ya şədidəl-quva və ya şədidəl-mihal. Ya Əzizu ya Əzizu ya Əziz. Zəllət bi-əzəmətikə cəmi’u xəlqik. Fəkfini şərrə xəlqik. Ya Muhsin, ya Mucmil, ya Mun’im, ya Mufzil. Ya la ilahə illa əntə subhanək. İnni kuntu minəz-zalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm. Və kəzalikə nuncil-muminin. Və səlləllahu əla Muhəmmədin və alihit-teyyibinət-tahirin”.
