Bakıda TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının iclası keçiriləcək

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirildi. Cari ilin sentyabr ayında isə Bakıda TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının növbəti iclası baş tutacaq.

Bunu Şuşada jurnalistlərə müsahibəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

“Bu iki tədbir böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, TDT-nin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının iclası hər il keçirilir. Həmin şura çərçivəsində müxtəlif məsələlər üzrə işçi qrupları fəaliyyət göstərir, o cümlədən terrorizm və ekstrimizmə qarşı mübarizə üzrə işçi qrupu mövcuddur”, – deyə o əlavə edib.

Exit mobile version