Bir şəxs uzaq səfərə çıxırsa, şəhərlərin birində bir həftə qalıb, sonra o biri şəhərə gedərək orada da bir həftə qalmaq istəyirsə, namazlarını bütöv qılmalıdır ya ixtisarla?

Şəriətə görə, insanın yolunun səfər sayılmaması üçün əsas şərtlərdən biri onun getdiyi yerdə on gün qalması və ya buna niyyət etməsidir. Əgər getdiyi yerdə 10 gün və daha çox qalırsa, bu müddət boyunca vacib orucunu tutmalı, zöhr, əsr və işa namazlarını da vətənindəki kimi (dörd rükət) qılmalıdır. Amma bu on günü eyni bir məntəqədə qalması şərtdir. Əgər bir yerdə on gündən az qalıb, sonra başqa yerə hərəkət etsə, orada da on gündən az qalsa, üst-stə qaldığı müddət on günü aşsa da, səfərdə sayılır və ibadətlərini buna uyğun yerinə yetirməlidir. Yəni oruc tutmaqdan azaddır, dörd rükətli namazları da iki rükət şəklində qılmalıdır. Hətta bir-birinə yaxın iki şəhərdə və ya kənddə qalsa da, hökm eynidir. Buna görə insan məsələn ziyarət zamanı fərqli şəhərlərdə üst-üstə 10 gün qalsa belə, səfərdə sayılacaq.






