İslam suallarda
Uşaq təsbehlə oynayırsa, ona mane olmaq lazımdırmı?

Bir çoxlarının təsəvvür etdiyi kimi təsbeh müqəddəs əşya deyil. Təsbeh Allahın zikrlərini söyləməyi asanlaşdırmaq üçün, yəni zikrlərin sayını ölçmək üçün bir vasitədir. Yalnız Kərbəla türbətindən hazırlanmış təsbehlər istisnadır. Hədislərdə Kərbəla torpağına, bu torpaqdan hazırlanmış möhürə ehtiramla yanaşmaq tövsiyə edilib. Kərbəla türbətinə ehtiramsız yanaşmaq bəyənilmir. Buna görə də əgər uşaq adi təsbehlə oynayırsa, bunun qarşısını almağa ehtiyac yoxdur (təhlükəsizliyi qorumağı, yəni təsbehin qırılmasını və uşağın dənələru uda biləcəyini nəzərə almaqla). Amma Kərbəla türbətindən hazırlanmış təsbehi uşaqdan uzaq saxlamaq, eləcə də ona qarşı digər hörmətsiz əməllərdən çəkinmək lazımdır.






