İslam suallarda

Doğuşdan sonra qırxıncı gün zahı qadının qüsl alması doğrudurmu?

İslam şəriətinə görə, doğuş vaxtından başlayaraq sonrakı 10 gün müddətində qadından gələn qan  “nifas qanı” adlanır. Bunun müddəti 10 gündən artıq ola bilməz. Nifas müddəti ərzində qadının hökmləri heyzin hökmlərinə oxşardır. Yəni heyzli qadına qadağan olanlar nifaslı qadına da haramdır. Gündəlik namazları qılmaz, oruc tutmaz, məscidə girməz, Quran yazısına və müqəddəs adlara toxunmaz. Nifas müddəti bitəndən, yəni nifas qanı kəsiləndən sonra qadın qüsl almalıdır. Nifas qüslü eynilə cənabət qüslü kimi edilir, sadəcə niyyəti fərqlidir. Nufas qüslünün doğuşdan qırx gün sonra edilməsi barədə fikir xalq inancına və ənənəyə əsaslanır. Nifas qanı kəsiləndən sonra qüsl alınmalıdır, bunu qırx günə kimi təxirə salmaq olmaz.

Daha çox göstər
Back to top button