İslam suallarda
Cənabət qüslü alandan sonra namazları dəstəmazsız qılmaq olarmı? Bu icazə təkcə bir namaza aiddir?

Şəriətə görə insan yalnız pak halda namaz qıla bilər, qüslü və ya dəstəmazı pozan əmələ yol veribsə, bunları təzələməlidir. Cənabət qüslü alandan sonra dəstəmaz almağa ehtiyac yoxdur. Yəni əgər insan cənabətlidirsə, yalnız cənabət qüslü almaqla namazını qıla bilər, dəstəmaz almağa ehtiyac yoxdur. Cənabət qüslü aldıqdan sonra istənilən sayda namaz qılmaq olar. Qüsldən sonra paklığı pozan hal baş verməyibsə, qüsl qüvvədə qalır. Məsələn, axşam qüsl almış şəxs həm məğrib, həm də işa namazlarını qıla bilər. Hətta orta istihazə qüslündən başqa digər vacib və müstəhəb qüsllərlə də namaz qılmaq icazəlidir, dəstəmaz almağa ehtiyac yoxdur.






