Təsbehlə istixarə necə edilir?

İstixarə hər hansı işi edib-etməmək barədə sanki Allahla məsləhətləşməkdir. Hansısa işin xeyirli və uğurlu olacağını bilmək üçün insan sanki Allahdan ona işarə verməsini istəyir. İstixarə nəticəsində çıxan cavaba uyğun olaraq da həmin əməli edir və ya etmir.
İstixarənin bir neçə üsulu vardır. Məsələn, Quranla, təsbehlə, püşk kağızları ilə. İstixarənin geniş yayılmış növlərindən biri təsbühlə istixarədir.
Bunun da fərqli qaydaları var. Qaydalardan biri budur: İnsan niyyət edib Fatihə və Qədr surələrinin hər birini 10 dəfə qiraət edir, sonra dua kitablarındakı “Allahümmə inni əstəxiyrükə li-ilmikə…” sözləri ilə başlayan duanı oxuyur. Bundan sonra təsbeh dənələrindən bir ovuc ayırıb ovcunda tutur, onları cüt-cüt saymağa başlayır. Əgər axırda tək dənə qalsa, nəticə yaxşı sayılır, həmin işi etmək məsləhətdir. Əgər cüt sayda dənə qalsa, nəticə mənfidir, o işin faydasız və bərəkətsiz olacağı ehtimal edilir.






