Baş vermiş zəlzələ və ya Günəş tutulması bir bölgədə müşahidə edilməyibsə, oranın əhalisinə də ayat namazı qılmaq vacibdirmi?

İslam şəriətinə görə, insanlar arasında təşviş və dəhşət yaradan bəzi təbiət hadisələri zamanı ayat namazı qılınmalıdır. Ayat namazı həmin hadisənin baş verdiyi və davam etdiyi müddət ərzində qılınır, buna imkan olmasa, sonra qəzası yerinə yetirilir. Ayat namazının səbəbləri və qılınma qaydası şəriət kitablarında ətraflı izah edilib.
Qorxu yaradan təbiət hadisəsi hansı bölgədə müşahidə edilibsə, oranın əhalisinə ayat namazı vacib olur. Burada müşahidə deyərkən fərdi olaraq ayrı-ayrı şəxslərin halları nəzərdə tutulmur. Məsələn, bir adam yatdığı üçün zəlzələni hiss etməyibsə, yaxud evdə olduğu üçün Günəş ya Ay tutulmasını görməyibsə, ayat namazını qılmaqdan azad olmaz. Həmin ərazidə təbiət hadisəsinin müşahidə edilmək imkanında olması nəzərdə tutulur. Məsələn, 12 avqust 2026-cı il tarixində baş vermiş tam Günəş tutulması astronomik və coğrafi baxımdan Azərbaycan ərazisində müşahidə edilə bilməzdi. Buna görə də həmin Günəş tutulması üçün bizim ayat namazı qılmağımız lazım deyil. Eləcə də, ölkənin bir bölgəsində baş vermiş zəlzələ başqa bölgədə hiss etdilməyibsə, ikinci bölgənin əhalisinə ayat namazı vacib olmaz.






