Əbcəd hesabı nədir?

Əbcəd hesabı ərəb əlifbasına aid olan praktiki, bəzən də mistik məna yüklənən hesab qaydasıdır. Belə ki, ərəb əlifbasında 28 hərfin hr biri üçün ədəd qarşılığı təyin edilib. Məsələn “əlif” hərfini 1, “be” hərfini 2, “cim” hərfini 3, “dal” hərfini 4 rəqəmi ilə ifadə edirlər. “Əbcəd” sözünün özü də bu 4 hərfin kombinasiyasından yaranıb. Bu yolla istənilən sözü ədədlərlə və ya əksinə, istənilən ədədi sözlərlə ifadə etmək mümkündür. Əlifbanın ilk 9 hərfi 1-dən 9-a kimi tək rəqəmləri, sonrakı 9 hərf 10-dan 20-yə kimi onluq ədədləri, növbəti 9 hərf 100-dən 900-a kimi yüzlükləri, nəhayət, sonuncu hərf 1000 ədədini ifadə edir.
Əbcəd hesabından xüsusilə bədii ədəbiyyatda şairlər geniş istifadə ediblər. Hər hansı kəlməni, şəxs adını, tarixi əbcəd hesabı ilə vermək klassik ədəbiyyatda geniş yayılmış üsullardandır. Bundan bəzən şifrələmə kimi də istifadə edilib. Bəzən əbcəd hesabına mistik məna yükləyərək bəzi sözlərin əlamətdar ədədləri ifadə etməsini xüsusi hal kimi dəyərləndirirlər.






