İslam dünyasıXəbərlər
Ziyarətgah milyonlarla zəvvarı qarşılamağa hazırlaşır

Az.shafaqna.com xəbər verir ki, Müqəddəs Əskəriyyə Ziyarətgahının Baş Katibliyi İmam Həsən Əskərinin (ə) şəhadət ildönümü mərasimlərinin təşkili üçün hərtərəfli təhlükəsizlik və xidmət planının praktiki icrasına başlanıldığını elan edib.
Məlumata görə, Ziyarətlər Komitəsinin sədri Əli əz-Zamili ziyarətgahın bütün şöbələrinin və dəstəkçi qurumlarının tam səfərbər olunduğunu bildirib. O, mərasimlərdə iştirak etmək üçün gələn milyonlarla zəvvarı qarşılamağa tam hazır olduqlarını vurğulayıb.
Komitə sədri qeyd edib ki, təşkilatçılığın ən yüksək səviyyədə təmin edilməsi və zəvvarların rəvan hərəkəti üçün təhlükəsizlik, səhiyyə və xidmət qurumları ilə birbaşa sahə əlaqələndirməsi həyata keçirilir.






