İslam suallarda

Peyğəmbər dünyasını dəyişərkən kimin yanında idi və son sözü nə olmuşdu?

Bu məsələyə İslam məzhəblərinin və müsəlman alimlərin yanaşması fərqlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərini həyat yoldaşı Aişə üçün ayırdığı otaqda keçirdi. Aişədən rəvayət edilib, Allah rəsulu buyurub ki, hər bir peyğəmbərin ölüm saatı çatanda Allah onu həyatla ölüm seçimi qarşısında qoyur. Həzrət Mühəmmədə (s) də yaşamaq ya ölümü seçmək təklif edildi. Peyğəmbər ölümü seçərək buyurdu: “Uca döstu (yəni Allahı) seçirəm”. Aişə başa düşür ki, Peyğəmbərin ömrünün sonu çatıb və o, ölümü seçib.

Həzrət Əlinin (ə) rəvayətində isə Peyğəmbərin son sözləri “namaz, namaz” idi. Bu sözlər o Həzrətin ibadətə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Bəzi məlumatlara görə, keçmiş peyğəmbərlərin də son sözü bu cür olub.

Əhli-sünnə rəvayətlərinə görə Peyğəmbər başını Aişənin qucağına qoyaraq dünyasını dəyişib. Şiə rəvayətlərində isə o Həzrət son vəsiyyətlərini İmam Əliyə (ə) söyləmiş və başını onun qucağına qoymuş halda vəfat etmişdir.

Daha çox göstər
Back to top button