İslam suallarda

İnsanın başına gələn bəlalar ona cəza kimi verilir?

Bu, İslam dinində ən çox müzakirə edilən, mübahisələrə səbəb olan, sıravi insanlar tərəfindən düzgün anlaşılmayan məsələlərdəndir. İnsanın başına gələn bəlalarla bağlı fərqli variantların olması mümkündür.

Məsələn, ola bilər ki, bəla kimi qəbul edilən hadisə əslində xeyirdir, əksinə, onun olmaması bəla və müsibətdir. Bəzən insan ona xeyirli olanı düzgün anlamır, əslində özünə ziyanlı olanı arzu edir.

İkincisi, bəzi bəlalar sınaq və imtahan üçün verilir. Ondan üzüağ çıxanlar savab qazanır, Allaha asi olan və şükür etməyən şəxslər isə günah sahibi olur.

Üçüncüsü, bəzi bəlalar günahların əvəzi və cəriməsi olaraq verilə bilər. Məsələn, bəzi günahların silinməsi və axirət əzabının yüngülləşməsi üçün xəstəliklərin vasitə olduğunu göstərən hədislər vardır.

Dördüncüsü, bəzi bəlalar günahların əvəzinə cəza olaraq göndərilir.

Hər hadisənin bunlardan hansı birinə aid olması fərdi məsələdir, bu barədə birmənalı fikir yürütmək çətindir.

Daha çox göstər
Back to top button