Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, 40-cı Beynəlxalq İslam Birliyi Konfransı Tehranda start götürüb.
“Şəhid İmamın düşüncəsində İslam birliyi” şüarı ilə keçirilən 40-cı Beynəlxalq İslam Birliyi Konfransı Türkiyə, İraq, Pakistan, Livan, Əfqanıstan və Körfəz ölkələri də daxil olmaqla, 40 ölkədən təxminən 600 yerli və xarici qonağın iştirakı ilə İslam Ölkələri Liderləri Zirvəsi Salonunda işə başlayıb. Açılış mərasimində İran prezidenti Məsud Pezeşkian da iştirak edib.
Mərkəzsiz formatda təşkil olunan konfrans bazar gününə qədər Tehranla yanaşı, Qum və Məşhəd şəhərlərində davam edəcək. Bundan əlavə, İranın Qərbi Azərbaycan, Kürdüstan, Gülüstan və Rəzəvi Xorasan vilayətlərində dörd ixtisaslaşmış iclas keçiriləcək.
Vebinarlar da bazar ertəsi başlayıb. Yerli və xarici alimlər builki konfransın səkkiz əsas mövzusu çərçivəsində öz fikirlərini təqdim edirlər.
