İslam suallarda

Hansı məsələlərdə istixarə etmək olar, hansılarda olmaz?

İstixarəni bəziləri fal ilə qarışdırırlar. İstixarə elə işlərdə edilir ki, onun yaxşı ya pis nəticə verəcəyi heç bir yolla ayırd edilmir. Bu zaman insan Allahdan məsləhət alırmış kimi Quranla və ta təsbehlə istixarə edir, yənə onun üçün daha xeyirli olan yolu öyrənir. Burada bir neçə şərt gözlənilməlidir. Birincisi, istixarə halal işdən ötrü edilir. Haram, günah əməldən ötrü istixarə olunmaz. İkincisi, istixarə edilən işin təfərrüatları qabaqcadan bir tərəfə meyillənmək üçün əsas verməməlidir. Yəni bir işin yaxşı ya pis nəticə verməsi ətraflı araşdırma yolu ilə məlum ola bilərsə, ondan ötrü istixarə etmək düzgün deyil. Məsələn, insan evlənmək istədiyi şəxsin özünü, ailəsini araşdırıb, evlənməyə layiq olduğunu öyrənə bilirsə, qarşı tərəfin xasiyyətinə və həyat tərzinə uyğun olaraq gələcəkdə onu nə gözlədiyini təxmin edirsə, artıq istixarəyə ehtiyac qalmır. Maliyyə məsələləri ilə bağlı addım atarkən də bu qayda keçərlidir. Üçüncü şərt budur ki, istixarə edildikdən sonra alınmış cavaba əməl edilməlidir, istixarənin cavabına saymazyana yanaşmaq olmaz.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button