İslam suallarda

Həzrət Mühəmməd Peyğəmbər (s) ilk dövrlərdə dini təbliğatı harada aparırdı?

İslamın ilk illərində, Peyğəmbərimiz zəif, müsəlmanların sayı az olduğu üçün açıq şəkildə təbliğat aparılmırdı. O zamanlar Həzrət Mühəmməd Peyğəmbər (s) ilk müsəlmanlardan olan Ərqəmin evində öz tərəfdarları ilə görüşürdü. Ərqəm ibn Əbu Ərqəmin sayca yeddinci müsəlman olduğunu deyirlər. İlk müsəlmanlar bir neçə il onun evində görüşmüş, Peyğəmbərdən (s) yeni vəhyləri almış, dini hökmləri öyrənmişdilər. Nəhayət, müsəlmanların sayı qırxa çatandan sonra Peyğəmbər (s) İslam dinini açıq şəkildə təbliğ etməyə başladı. Ərqəmin evi dini ədəbiyyatda “Darül-Ərqəm” adlandırılır. Hətta İslamın ilk illərində Məkkədə baş verən hadisələri tarixçilər iki mərhələyə bölür, “Darül-Ərqəmdən əvvəlki” və “Darül-Ərqəmdən sonrakı” dövrlər şəklində təsnif edirlər. Beytül-haram məscidinin genişləndirilməsi prosesində Darül-Ərqəmin ərazisi məscidə qatılmışdır.

Daha çox göstər
Back to top button