İslam suallarda

“Osmanın Quranı” deyilən Quran nüsxəsi Özbəkistana necə gəlib-çıxmışdır?

Üçüncü xəlifə Osman ibn Affana aid edildiyi iddia olunan Quran nüsxəsi müsəlman aləmində ən məşhur dini abidələrdən sayılır. Rəvayətə görə, Osman ömrünün son dəqiqələrini Quran oxumaqla keçirmiş, evinə soxulan qatillər onu bu vəziyyətdə ikən qətlə yetirmişdilər. Guya Osmanın qanı Quran vərəqlərinin üstünə tökülmüşdü. Hazırda “Osmanın Quranı” kimi tanınan qədim əlyazma nüsxənin vərəqlərində həqiqətən qan ləkəsinə oxşar izlər mövcuddur. Bəzi müasir araşdırmalar Kufi xətti ilə yazılmış bu natamam Quran nüsxəsinin miladi VIII əsrdən tez köçürülmədiyini, üzərindəki qan ləkəsinin də saxta olduğunu və sonradan əlavə edildiyini göstərir.

Məşhur fərziyyələrin birinə görə, Osmanın qətlindən sonra Əli ibn Əbu Talib (ə) Kufəyə gedərkən həmin Quran nüsxəsini özü ilə götürür. Sonralar Teymurləng Kufəni fəth edərkən Quranı Səmərqəndə aparır. 1868-ci ilə kimə kitab Səmərqənddəki Xoca Əhrar türbəsində qalır. Bir rəvayətə görə, müqəddəs Quranı Səmərqəndə gətirən də Xoca Əhrarın müridlərindən biri olub. Orta Asiya Rusiya qüvvələri tərəfindən işğal ediləndə “Osman Quranı” Türküstan va­lisi tərəfindən alınıb Sankt-Peterburqa gön­dərilir və orada Kütləvi İmperator Kitabxa­nasının fonduna düşür. Sovet inqilabından sonra, 1917-ci ilin sonunda müsəlmanların xa­hişinə cavab olaraq Quran əvvəlcə Ufaya, 1924-cü ildə isə Özbəkistanın paytaxtı Daş­kəndə gətirilir. Hazırda “Osman Quranı” Daşkənddə mühafizə edilir.

Daha çox göstər
Back to top button