İslam suallarda

Bəni-İsrail neçə qoldan ibarət idi və növbəti Bəni-İsrail peyğəmbərləri hansı qola mənsub idilər?

Qurani-Kərimə və Tövrata göə Bəni-İsrail (İsrail övladları) Həzrət Yəqub Peyğəmbərin (ə) nəslindən olanlara deyilirdi. “İsrail” Yəqub Peyğəmbərin (ə) ləqəbidir. Hədislərə görə, bu sözün mənası “Allahın bəndə­si” deməkdir.

Həzrət Yəqub Peyğəmbərin (ə) 12 oğlu vardı. Bunların adı Bibliyada xatırlanır: İuda (Yəhuda), Ruvim, Simeon, Leviy, İssaxar, Zavu­lon, Dan, Neffalim, Qad, Asir, İosif (Yusif) və Beniamin (Bünyamin). Yəhudi milləti bu 12 oğuldan törəmiş və qollara ayrılmışdı. Qurani-Kərimdə bu qollar “əsbat” adı ilə təqdim edilir. Sonralar İosif qolu iki hissəyə bölündü: Manassiya və Yefrem qolları. Leviy qolu isə özünü ibadətə həsr etdiyi üçün bu qolun nümayəndələri siyasi hadisələrə və hərbi yürüşlərə qatılmırdılar; buna görə də ələ keçirilmiş yaşayış yerləri bölüşdürüləndə Levilər üçün yer ayrılmır, onlara qənimətlərdən pay verilmirdi. Yerusəlim məbədində (Beytül-Müqəddəs) də onlar xidmət edirdilər. Ümumiyyətlə, Bəni-İsrailin dini idarəçiliyi bu nəslin əlində cəmləşmişdi. Həzrət Musa və Harun peyğəmbərlər (ə) də Leviy qolundan idilər.

Daha çox göstər
Back to top button