İslam suallarda

Möcüzə ilə kəramətin fərqləri nədir?

Peyğəmbər olmayan bəzi mömin və qeyri-mömin şəxslər tərəfindən həyata keçirilən qeyri-adi əməlləri möcüzə kimi qəbul etmək olmaz. Möcüzə göstərmək qüdrəti yalnız Allahın izni ilə peyğəmbərə məxsusdur. Lakin bəzi mömin şəxslər də öz mənəvi məqamlarına uyğun olaraq bir sıra qeyri-adi işlər görməyə qadirdirlər. Bunlara “kəramət” deyilir. Kəramət möcüzədən xeyli asan və aşağı səviyyəli əməldir. Peyğəmbər möcüzə göstərərkən yalnız insanları inandırıb, son mənada Allaha doğru yönəltmək məqsədi güdür. Möcüzə göstərən peyğəmbər bunu heç kimin təkrar edə bilməyəcəyini iddia edir və bu iddia doğrudur. Peyğəmbər ondan tələb edilən hər bir möcüzəni yerinə yetirməyə qadirdir, əks halda o, peyğəmbər sayılmaz. Lakin kəramət göstərən şəxsin məqsədi yalnız insanları dunə inandırmaq olmaya bilər. Kəramət sahibinin əməlini başqası da təkrar edə və onu üstələyə bilər. Kəramət sahibinin ondan tələb edilən hər bir kəraməti edə bilməsi vacib deyil.

Daha çox göstər
Back to top button