İslam dünyasıXəbərlər

Mərcəi-təqlid Ayətullah Şübeyri Zəncani vəfat edib

Böyük İslam alimi, şiə dünyasının mərcə təqlid müctəhidi Ayətullahül-üzma Seyyid Musa Şübeyri Zəncani vəfat edib.

Bu barədə onun dəftərxanasının rəsmi teleqram səhifəsi məlumat yayıb.

Məluamatda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim

“O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb deyərlər: ‘Salam olsun sizə! Etdiyiniz əməllərə görə daxil olun cənnətə!’” (Nəhl surəsi, 32)

Pak Əhlibeytin (ə) fəqihi və şiə dünyasının böyük mərcəi-təqlidi Ayətullah əl-Üzma Şübeyr Zəncaninin pak ruhu Liqaullaha (Allahın dərgahına) qovuşdu.

O böyük mərcəi-təqlidin bərəkətli ömrü və şərəfli həyatı dərin təfəkkür, fasiləsiz elmi mücadilə, əsil fəqihliyin qorunması və yüksəldilməsi, İslam maarifinin yayılması, şiəliyin müdafiəsi və insanlara qarşı xeyirxahlıq və qayğı ilə dolu olmuşdur.

Bu ağır itki münasibətilə İmam Zamana (əcciləllahu təala fərəcəhuş-şərif), mübarək elmi hövzələrə, şərəfli İran xalqına və dünyanın hər yerindəki mərcəiyyət sevərlərə başsağlığı verir və bildiririk ki, dəfn və vida mərasimi haqqında əlavə məlumat veriləcəkdir.”

Daha çox göstər
Back to top button