İslam dünyasıXəbərlər

Azərbaycan İƏT-in Ticarət üzrə İşçi Qrupunun 27-ci iclasında iştirak edib

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı şöbəsinin əməkdaşı Azər Qaraşov Türkiyənin paytaxtı Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Ticarət üzrə İşçi Qrupunun 27-ci iclasında iştirak edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, o, tədbirdə “Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolu” mövzusunda təqdimat edb.

Təqdimat zamanı faktorinq və islam bankçılığı üzrə həyata keçirilən tədbirlər, o cümlədən maliyyə alətlərinin ixracın artırılmasındakı rolu ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb. Tədbirdə iştirak edən ölkə nümayəndələri ixracın inkişaf etdirilməsi ilə bağlı istifadə olunan maliyyə alətləri barədə mövcud təcrübələri paylaşıb, eləcə də bu istiqamətdə müzakirələr aparıb. Müzakirələr zamanı ixracın təşviqi və genişləndirilməsi üçün zəruri olan maliyyə alətləri, onların tətbiqi mexanizmləri və ixracatçılara maliyyə dəstəyinin gücləndirilməsi, habelə bu alətlərin tətbiqi zamanı qarşıya çıxan əsas çətinliklər və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button