Kərbəlada Həzrət Zeynəb (s.ə) Göz Mərkəzində 16 mindən çox əməliyyat keçirilib

Az.shfaqna.com xəbər verir ki, İraqın Kərbəla şəhərində fəaliyyət göstərən Həzrət Zeynəbül-Kubra (ə.s.) İxtisaslaşdırılmış Göz Mərkəzi cari ilin ilk 9 ayı (yanvar – sentyabr 2026) ərzində müraciət edən pasiyentlərə göstərilən tibbi və müalicə xidmətlərinin hesabahatını təqdim edib.
Mərkəzin direktoru doktor Uday Əbdülhəsən əs-Səlami Kərbəla Səhiyyə İdarəsi ilə əməkdaşlıq çərçivəsində əldə olunan göstəriciləri açıqlayıb. Qeyd olunub ki, hesabat dövründə mərkəzdə 16 067 cərrahiyyə əməliyyatı icra olunub, 37 579 tibbi konsultasiya verilib, 53 599 görmə müayinəsi və 46 637 laborator analiz aparılıb.
Mərkəz rəhbəri bildirib ki, ixtisaslı tibb və tibb bacısı heyəti tərəfindən həyata keçirilən bu xidmətlər göz sağlamlığının bərpası ilə yanaşı, görmə funksiyasının və estetik görünüşün yaxşılaşdırılmasına yönəlib. Mərkəzə yalnız İraqın müxtəlif vilayətlərindən deyil, həm də xarici və ərəb ölkələrindən xəstələr müraciət edir.
Müqəddəs Ətbə-i Hüseyniyyə İdarəsinə tabe olan tibb müəssisələrinin bu fəaliyyəti ölkədə və regionda göz təbabəti və cərrahiyyəsi sahəsində müasir və kompleks səhiyyə xidmətlərinin təmin olunmasına xidmət edir.






