Ginnesin Rekordlar Kitabına daxil edilmiş ən böyük günbəzli məscid

Astanadakı Nur-Sultan məscidinin tikintisi ilə bağlı əsas təşəbbüs Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə məxsus olub və məscid onun şərəfinə adlandırılıb.
Tikinti işləri 2019-cu ildə başlayıb və 2022-ci ildə başa çatıb. İşlərdə 40 ölkədən 7 300 nəfər və 350 şirkət iştirak edib.
Məscidin əsas günbəzinin hündürlüyü 83,2 metr, diametri isə 62 metrdir. O, dünyanın ən böyük günbəzi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Günbəzin altında çəkisi 22 ton, diametri isə 27 metr olan çilçıraq yerləşir. Digər dörd çilçıraqla birlikdə o, 3,5 milyon “Swarovski” kristalı ilə bəzədilib.
Məscidin interyerində qazax milli ornamentlərindən və xəttatlıq yazılarından istifadə olunub. Qiblə divarı 25 milyona yaxın murano şüşəsi elementindən ibarət mozaika ilə bəzədilib.
Məscid təxminən 235 min nəfər üçün nəzərdə tutulub. Məscid Mərkəzi Asiyanın ən böyük məscidlərindən biridir.






