İslam suallarda

Hicri tarixi miladiyə çevirmək üçün nə etmək lazımdır?

Hicri və miladi tarixlər arasında yaranmış fərqlər qəməri və şəmsi təqvimlərdəki illərin uzunluğundan asılıdır. Ayın görünməsindən asılı olan qəməri (Aya əsaslanan) təqvimdə aylar 29 və ya 30 gündən ibarət olur. Yerin Günəş ətrafında tam dövr etməsi üzərində qurulmuş şəmsi (Günəşə əsaslanan, miladi təqvim də bura aiddir) təqvimdə isə aylar 30 və ya 31 gündür (fevral ayını çıxmaqla). Beləliklə, qəməri il 354-355 gün, şəmsi (miladi) il isə 365-366 gündən ibarətdir. Ona görə də bunların arasında hər il təxminən 11-12 günlük fərq yaranır. İlbəil bu fərqlər yığılır. 32 miladi il təxminən 33 qəməri ilə bərabərdir.

Kobud yolla çevirmə aparmaq üçün hicri tarixin üzərinə 622 gəlmək, sonra qəməri tarixi 33-ə bölüb alınan nəticəni əvvəlki cavabdan çıxmaq lazımdır. Məsələn, 1300-cü hicri ilin neçənci miladi ilə təsadüf etdiyini hesablayaq. 1300+622=1922. 1300/33=39,4. 1922-39,4=1882,6.

Yəni hicri-qəməri 1300-cü il miladi 1882-83-cü illərə təsadüf edib. Daha dəqiq tarixi (ay və gün) almaq üçün sinxron cədvəllərə müraciət etmək məsləhətdir.

Daha çox göstər
Back to top button