Abdullah ibn Rəvahə kimdir?

Abdullah ibn Rəvahə Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabələrindən biridir. Yəsrib əhlindən, Xəzrəc qəbiləsindən idi. Ikinci Əqəbə beyətində Peyğəmbərlə görüşüb müsəlmanlığı qəbul etmiş 12 nəfər yəsriblidən biri də Abdullah olub. Peyğəmbər onu Xəzrəc qəbiləsinin Bəni-Harisə qoluna başçı seçmişdi.
Abdullah hərtərəfli istedada malik insan idi. Oxuyub-yazmağı bacarır, gözəl şeirlər deyirdi, şeirləri çox məşhurdur, Döyüşlərdə Abdullahın hamıdan əvvəl meydana atıldığını və hamıdan sonra müharibə səhnəsini tərk etdiyini yazırlar. O, həm də Peyğəmbərin katiblərindən biri idi.
Hicrətin 8-ci ilində (miladi 629-cu il) Peyğəmbərin Şam torpaqlarına göndərdiyi elçilər vəhşicəsinə qətlə yetirildilər. Həzrət bir qoşun hazırlayıb Şam istiqamətində yolladı. Qoşunun sərkərdəsi İmam Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Talib idi. Peyğəmbərin tapşırığına əsasən, əgər Cəfər döyüşdə şəhid olsa, onun yerini Zeyd ibn Harisə tutacaqdı. O da həlak olsa, Abdullah ibn Rəvahə qoşuna başçılıq etməli idi. Mötə adlı məntəqədə müsəlmanlarla 200 minlik düşmən ordusu arasında gərgi savaş baş verdi. Döyüşdə əvvəlcə Cəfər ibn Əbu Taliblə Zeyd ibn Harisə şəhid oldular. Abdullah ibn Rəvahə döyüş bayrağını əlinə götürüb müsəlmanları hücuma apardı. Həmin savaşda Abdullah ibn Rəvahə də ağır yaralanıb şəhid oldu.






