İslam suallarda
Rəhil nə deməkdir?

Quranı qoymaq üçün istifadə edilən altlığa rəhil deyirlər. Adətən, Quranı rəhilin üzərinə qoyub oxuyurlar. Rəhil çox vaxt möhkəm taxta materıaldın hazırlanır. Bağlı halda yastı taxta parçası kimi görünür, açılanda isə “X” formasinı alır. Maraqlı cəhət budur ki, onu hazırlayan zaman mismardan və yapışqandan qətiyyən istifadə edilmir. Rəhil bütöv taxta parçasını xüsusi qaydada kəsib yonmaqla düzəldilir. Bəzi mürəkkəb quruluşlu rəhillərin hündürlüyünü nizamlamaq da olur. Yəni onu bir neçə variantda açmaqla Quranın lazım olan hündürlükdə durmasını təmin etmək olur. Müsəlman ustalar orta əsrlərdə rəhilləri gözəl ornamentlərlə, yazılarla bəzəyib, əsl sənət əsərləri yaradırdılar.






