İslam dünyasıİslam suallardaXəbərlər

Camaat namazında imamla ona iqtida edənin niyyətlərində fərq varmı?

Əgər eyni namazı qılan imamla ona iqtida edənlər barədə soruşulursa, imam adi şəkildə, təklikdə qılınan namazın niyyəti kimi niyyət edir. Qalanları isə imama iqtida etdiklərini niyyət edirlər. İmam-camaatın adını niyyətdə çəkməsələr də olar. Hətta imam-camaatın adını bilməsələr belə, “qabaqda duran bu adama iqtida edib camaat namazı qılıram” niyyətini etsələr kifayətdir.

İmam-camaatla ona iqtida edənin eyni əda namazını qılmaları vacib şərt deyil. Məsələn, imam zöhr namazı qılırsa, arxasında duran şəxs əsr namazını niyyət edib qıla bilər. Hətta rükətlərin sayında fərq də olması icazəlidir. Məsələn, imam məğrib namazı, arxasındakı şəxs işa namazı qılması mümkündür. Bunun əksi də icazəlidir.

Daha çox göstər
Back to top button