İslam dünyasıXəbərlər
Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.
Leyla Əliyevaya İslam dünyasının görkəmli alimlərindən biri, hədis elminin ən nüfuzlu nümayəndələrindən olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir kompleks barədə məlumat verilib.
Qeyd olunub ki, genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleks mühüm mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada zəvvarların və xarici turistlərin qəbulu, eləcə də İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün zəruri şərait yaradılıb.






