İslam suallarda

İmam Hüseyn (ə) və silahdaşları Aşura günündə günorta namazını necə qılmışdılar?

Aşura günü günorta vaxtı çatanda İmam Hüseynin (ə) ətrafında qohumlarından savayı bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatanda Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə bunu İmama xatırlatdı. İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Amma onlara möhlət vermədilər. Qocaman səhabə Həbib ibn Müzahir bundan qəzəblənərək düşmənə hücum etdi, şücaətlə savaşıb şəhid oldu.

İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə – Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı.

Namazdan sonra təkbətək döyüşlər yenə davam etdi.

Daha çox göstər
Back to top button