İslam suallarda

Qoyun, inək, toyuq kimi ev heyvanlarını güllə ilə vurduqda əti halal olurmu?

İslam şəriətinə görə heyvanların, quşların və balıqların bir qisminin ətinin yeyilməsi icazəli (halal), bir qisminin də ətinin yeyilməsi qadağandır (haramdır). Əti halal olan heyvanları da şəriətdə icazə verilən qaydada öldürmək lazımdır ki, onların ətindən istifadə etmək icazəli olsun. Heyvanlar ya başı kəsilməklə, ya da ovlanmaqla ətləri halal olur. Başı kəsilməklə əti halal olan heyvanlara ev heyvanları aiddir. Qoyun, keçi, inək, dəvə, toyuq, qaz, ördək, hindquşu kimi ev heyvanları və quşları yalnız başları şəriətə uyğun kəsilməklə yeməyə yararlı olur. Əgər onları başı kəsilmədən başqa bir yolla öldürsələr, ətləri murdar olur və yeyilməsinə icazə verilmir. Ev heyvanlarını vəhşi heyvanlar sayağı ovlamaq olmaz, onları güllə, ox, daş və sairə ilə vurub öldürəndə ətləri halal sayılmır.

Daha çox göstər
Back to top button