Ayətullah əl-üzma Hüseyn Vəhid Xorasani vəfat edib.
Az.shafaqna.com xəbər verir ki, böyük mərceyi-təqlid bu gün – 17 noyabr səhər saatlarında Qum şəhərində yerləşən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Ayətullah Xorasani təxminən 2 həftə idi ki, xəstəxanaya yerləşdirilmişdi.
Ayətullah Vəhid Xorasaninin hüzür və dəfn mərasimləri barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Ayətullah Vahid Xorasani 1921-ci il 1 yanvarda İranın Nişapur şəhərində dünyaya gəlib. Onun 105 yaşı var idi.
