Daşkənddə “Dinlərarası tolerantlıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC “Dünya” agentliyinə istinadla xəbər verir ki, tədbir Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzində keçirilib.
İştirakçılar Özbəkistanın və digər ölkələrin millətlərarası və dinlərarası harmoniyanın təmin edilməsi sahəsindəki təcrübəsini, qlobal dinlərarası dialoqda yeni tendensiyaları, beynəlxalq təhlükəsizlik və sosial sabitlik üçün dini tolerantlığın əhəmiyyətini müzakirə ediblər.
Ekstremizm və radikalizmə qarşı mübarizə, konfessiyalar arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində təhsil və maarifləndirmənin rolu məsələlərinə xüsusi diqqət yetirilib.
