Dilimizdə işlənən “çilə” sözü fars dilindəki “çehel” yəni “qırx” sözündəndir. Bu ifadə təsəvvüf aləmində də işlədilir. Belə ki, bəzi sufi təriqətlərində müridlərin (təsəvvüfə daxil olmuş şəxslərin) 40 gün ərzində müəyyən fiziki və mənəvi təmrinlər etməsi, insanlardan kənar durub ibadətlə məşğul olması, yaxud fiziki işlərlə cəmiyyətə xidmət etməsi “çilə” adlanır. Xalq ənənəsinə görə, “çilə” həm də bir növ qorunmaq və karantin müddəti kimi qəbul edilir. Belə ki, yeni doğulmuş uşağı çilə boyunca (40 gün ərzində) insanlarla təmasdan uzaq saxlayırlar. Ailə qurmuş qadın toydan sonra, dünyaya uşaq gətirmiş qadın doğuşdan sonra 40 gün çiləli sayılır. Bu müddət ərzində onun yad adamlarla ünsiyyət saxlamasını məsləhət görmürlər. Bu adət xalq inancında dini şəkil alsa da, əslində bunun dinlə əlaqəsi yoxdur. Mümkündür ki, bu ənənənin əsil səbəbi sanitar-gigiyenik baxımdan həssas mərhələlərdə xəstəliklərə yoluxma riskini azaltmaq məqsədi daşıyır.
Əlaqəli məqalələr
Şərhlər
Oxşar yazılar
Close