İslam suallarda

“Siyreyi-İbn Hişam” kitabı nədən bəhs edir və özəlliyi nədir?

Müsəlmanların tarix mövzusunda qələmə aldığı ilk kitablar “siyrə”, yəni Həzrət Muhəmməd Peyğəmbərin (s) tərcümeyi-halı janrında idi. Siyrələrdə Peyğəmbərin doğumundan başlayaraq vəfatına kimi həyatı araşdırılır, apardığı müharibələr təsvir edilir, o həzrətlə bağlı bütün lazımi informasiyalar (həyat yoldaşları, övladları, yaxın qohumları və səhabələri, hətta atları, silahları və s. barədə) verilirdi.

İlk siyrənin müəllifi miladi VIII əsrdə yaşamış Əbu Abdullah Muhəmməd ibn İshaq Mütəllibi Mədəni sayılır. O, müxtəlif ölkələrə elmi səfərlər etmişdi. Bağdadda Abbasi xəlifəsi Mənsur Həzrət Adəmdən (ə) öz dövrünə kimi baş vermiş hadisələri əhatə edən bir tarix kitabı yazmağı ona sifariş edir. İbn İshaq xəlifənin sifarişini yerinə yetirir, sonralar kitabın həcminin böyüklüyünü nəzərə alaraq onu ixtisar edir.

Təqribən 50 ildən sonra Əbu Muhəmməd Əbdülməlik ibn Hişam Himyəri adlı bir alim bu əsəri yenidən işlədi. O, İbn İshaqın kitabından Peyğəmbərin həyatına aid olan bölümü götürərək üzərində düzəlişlər, əlavələr və ixtisarlar həyata keçirdi. Nəticədə “əs-Siyrətun-nəbəviyyə” və ya “Siyreyi-İbn Hişam” adlı yeni bir əsər meydana gəldi. Bu, Peyğəmbərin həyatı barədə ən mühüm ilkin mənbələrdən sayılır.

Daha çox göstər
Back to top button