İslam dünyasıXəbərlər

Əlcəzairdə uşaqlar üçün Quran məktəbləri təşkil edilir

Əlcəzairdəki Quran məktəbləri valideynlərin sevimli məkanlarına çevrilib. Ata-analar dərs ili bitər-bitməz öz övladlarını müxtəlif Quran məşğələlərinə yazıdırmağa tələsirlər.

Bu tələbat uşaqların boş vaxtlarını faydalı keçirməsinə kömək edir və onların müqəddəs Qurani-Kərimlə tanışlıqlarını artırır.

Belə ki, ölkənin əl-Buləydəh əyalətinə Quran dərnəklərini müraciətlərin sayı ciddi şəkildə artıb. İyul ayının əvvəlinə olan məlumatlara əsasən, yazılan uşaqların sayı 50 min nəfəri keçib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir.

Sözügedən Quran məktəbləri isə bölgədəki məscidlərdə təşkil edilir.

Dərslərə müxtəlif yaş kateqoriyalarından olan həm oğlan, həm də qız uşaqları qatılır.

Hər bir uşaq bacardığı qədər surə və ayə əzbərləyir, yaşca çox kiçik olanlar isə yalnız Quran ayələrini dinləyirlər.

Daha çox göstər
Back to top button