İslam suallarda

İmanın və İslamın şərtləri nədir?

Əsasən əhli-sünnə məzhəbinə aid mənbələrdə imanın 6, İslamın 5 şərti olduğu göstərilir. İmanın şərtləri əsasən Qurani-Kərimdən, İslamın şərtləri isə Peyğəmbərin hədislərindən çıxarışla əldə edilir.

İmanın şərtləri bunlardır: 1. Allahın varlığına və birliyinə inanmaq; 2. Mələklərə inanmaq; 3. Allahın endirdiyi kitablara inanmaq; 4. Allahın göndərdiyi peyğəmbərlərə inanmaq; 5. Axirətə inanmaq; 6. Qədərə, yəni yaxşılıq və pisliyin (xeyir və şərin) Allahdan olduğuna inanmaq.

İslamın şərtləri isə bunlardır: 1. Kəlmeyi-şəhadəti söyləmək; 2. Gündəlik namazları vaxtında qılmaq; 3. Malın zəkatını vermək; 4. Ramazan ayənda oruc tutmaq; 5. Ömürdə bir dəfə imkan daxilində həccə getmək.

Şiə məzhəbində bunların müqabilində üsuli-din (dinin əsasları) və fürui-din (dinin əlavə qaydaları) anlayışları mövcuddur.

Daha çox göstər
Back to top button