Dəstəmaz zamanı üzü neçə dəfə yumaq və əl ilə sürtmək olar?

Dəstəmaz zamanı yuyulan bədən üzvlərini – üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbdir, bundan artıq yumaq isə icazəli deyil. Yumaq deyərkən bunu niyyət edərək həmin üzvü su ilə tam islatmaq nəzərdə tutulur. Əgər insan bir dəfə yumağı niyyət edərək üzünə bir neçə dəfə su vursa eybi yoxdur. Ola bilər ki, üzün tam yuyulduğuna arxayın olmaq üçün bir neçə dəfə ovcunu doldurub üzünü yusun. Üzünü tam yuduğuna arxayın olan zaman bir dəfə yumuş sayılır. Suyun üzü tam islatdığına əmin olmaq məqsədi il əli üzə çəkmək, xüsusilə üzdə saqqal və bığ varsa, suyu onlara çatdırmaq müstəhəb sayılır. Ovucla suyu götürüb yuxarıdan aşağı üzə tökdükdən sonra insan əlini istədiyi qədər – yəni üzün hər yerinin islandığına arxayın olana kimi üzünə sürtə bilər.






