İslam suallarda

Əgər cənazəyə qüsl vermək üçün su tapılmasa və ya sudan istifadə başqa səbəbdən mümkün deyilsə, o halda nə etmək lazımdır?

İslam şəriətinə görə, dünyasını dəyişmiş şəxsə sidrlə qarışdırılmış su, kafurla qarışdırılmış su və təmiz su ilə qüsl verilməlidir. Əgər qüsl üçün kifayət qədər su tapılmasa, yaxud hər hansı başqa səbəb üzündən cənazəyə qüsl vermək mümkün olmasa, bu halda qüsl əvəzinə cənazəyə təyəmmüm verilir. Cənazənin də təyəmmümü diri şəxsin təyəmmümü kimidir, orada lazım olan şərtlər və ardıcıllıq burada da gözlənilir. Təyəmmüm verən şəxs öz əllərini torpağa vurub əvvəlcə cənazənin üzünə, sonra əllərinin üzərinə sürtür. Bundan da daha yaxşısı budur ki, təyəmmüm verən şəxs cənazənin əllərindən tutub torpağa vursun və cənazəyə onun öz əlləri ilə təyəmmüm versin. Həmçinin daha yaxşı olar ki, meyitə 3 dəfə təyəmmüm verilsin. Bu iki şərt vacib deyil, müstəhəbdir, savabı daha çoxdur.

Daha çox göstər
Back to top button