İslam suallarda

Sağlığında bir müctəhidə təqlid etməmiş şəxs o müctəhidin vəfatından sonra ona təqlid edə bilərmi?

Şiə (cəfəri) məzhəbinə görə şəriət hökmlərində təqlidə başlayan şəxs mütləq diri müctəhid seçməlidir. Onun təqlid etdiyi müctəhid o zamanın müctəhidləri arasında ən elmli və təqvalı olmalıdır. Bunu təyin etməyin yolları risalələrdə və digər kitablarda açıqlanıb. Müctəhidin sağlığında ona təqlid etməmiş şəxs hmin müctəhidin vəfatından sonra ona təqlidə başlaya bilməz. Bu mövzuda bütün məşhur müctəhidlərin rəyi eynidir. Amma bir şəxs müctəhidin sağlığında ona təqlid etmişsə, o vəfat etdikdən sonra da onun diri müctəhidlərdən daha elmli olduğuna yəqinlik əldə edibsə, təqlidə davam edə bilər. Bunun üçün ondan sonrakı ən elmli müctəhidin fətvalarına müraciət etməlidir. Yəni o, vəfat etmiş müctəhidin təqlidində qalmağa icazə verirsə (sağlığında təqlid etmək şərti ilə), bunu edə bilər. Son dövr müctəhidlərin demək olar ki hamısı bu fikirdədir, yəni onlar sağlığında təqlid edilən müctəhidin vəfatından sonra da təqlidinə davam etməyi icazəli bilirlər.

Daha çox göstər
Back to top button