İslam suallarda
Namazın sonunda hər üç salamı söyləmək vacibdirmi?

Şəriət kitablarında (risalələrdə) yazılıb ki, namazın son rükətində, təşəhhüddən sonra 3 salam cümləsi deyilir. Birinçi cümlədə Peyğəmbərə, ikinci cümlədə əməlisaleh bəndələrə, üçüncü cümlədə mələklərə salam verilir. Bu salam cümlələrinin üçünü də söyləmək savabdır və namazın kamil şəklinə aiddir. Amma vaxtın azlığı, xəstəlik və sair səbəblər üzündən bunların yalnız sonuncusunu söyləməyin maneçiliyi yoxdur. Yəni təkcə “Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh” cümləsini söyləmək də kifayətdir. Bir daha təkrar edirik ki, hər üç cümləni deməyin savabı daha çoxdur. Qəza namazlarını qılan zaman da yalnız üçüncü salamı söyləməyə icazə verilir.






