İslam dünyasıXəbərlər

Müsəlman alim oynaqların bərpası üçün unikal gel hazırladı

Az.shafaqna.com xəbər verir ki, Qazaxıstan alimləri kök hüceyrələr əsasında innovativ preparat hazırlayıblar. Xüsusi hidrogel adi inyeksiya vasitəsilə zədələnmiş nahiyəyə yeridilir və qığırdaqların sağalmasına kömək edir. Bu texnologiyaya görə Astanadan olan gənc həkim beynəlxalq tibbi konfransda əsas mükafata layiq görülüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, gelin tərkibinə pasiyentin öz mezenximal kök hüceyrələri və böyümə faktorları daxildir.

Preparatı akademik Batpenov adına Travmatologiya və Ortopediya Milli Elmi Mərkəzinin həkim-travmatoloq-ortopedi Mərvəərt Məhəmmətova hazırlayıb.

Qeyd olunur ki, gel topuq oynağının aşıq sümüyünün osteoxondral defektlərinin cərrahi müalicəsində yüksək perspektiv nümayiş etdirib.

Astanada keçirilən “Batpenov qiraətləri” müsabiqəsinin nəticələrinə əsasən, gənc alimin işi birinci yerə layiq görülüb.

Xatırladaq ki, müsabiqə sentyabrın 10-11-də Astanada XIII Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində keçirilib. Bu il tədbirdə 850-dən çox şəxs iştirak edib. Proqrama 190-dan çox məruzə, beş nümayiş xarakterli əməliyyat və iki peyk simpoziumu daxil olub.

Tədbir çərçivəsində diz oynağının robot-assistiv endoprotezləşdirilməsi və mürəkkəb revizion endoprotezləşdirmə istiqamətləri üzrə tematik bölmələr fəaliyyət göstərib. Ayrı-ayrı bölmələr uşaq ortopediyasına, vertebrologiyaya, sümük şişlərinin müalicəsinə, fiziki reabilitasiyaya və tibb bacılığı işinin müasir aspektlərinə həsr olunub.

Daha çox göstər
Back to top button