Dinimizdə yalan danışmağa icazə verilirmi?

İslam dini yalan danışmağı qəti şəkildə qadağan edir. Hədislərdə buyurulur ki, bütün pisliklər bir evdə toplanıb, onun açarı isə yalandır. (Bu hədisin fərqli variantları da var). Müsəlmanlara aşağıda göstərilən istisnalar xaricində yalan danışmaq qəti şəkildə qadağandır. Yalan danışmamaq üçün suala cavab verməmək, yaxud yalan olmayan yayındırıcı cavab vermək çıxış yolu sayıla bilər.
Yalanın icazə verildiyi hallar bunlardan ibarətdir:
İki mömin şəxsin arasındakı incikliyi aradan qaldırmaq üçün onlara bir-birinin adından xoş sözlər çatdırmaq və birinin adından o birini tərifləyən, barışığa səsləyən fikirlər söyləmək icazəlidir. Küsülü olan ərlə arvadı barışdırmaq üçün də buna icazə verilir.
Bir şəxsin canına, namusuna, dəyərli əmlakına təhlükə varsa, bu halda onları qorumaq üçün yalan danışmasına icazə verilir. Bunu təqiyyə anlayışı ilə də izah etmək mümkündür.
Müharibə zamanı düşməni çaşdırmaq və ona qəfil zərbə vurmaq üçün yalan şayiələr yaymaq, yalançı manevrlər etmək də icazəli sayılır.
Bunlardan başqa hallarda yalan danışmaq olmaz.






