İslam suallarda

Hədislərdə deyilib ki, Həzrət Mehdi (ə) zühur edəndə Zülfiqar qılıncı onda olacaq. Həqiqətənmi İmam müasir silahlarla deyil, qılıncla savaşacaq?

Çoxsaylı hədislərə əsasən, İmam Mehdi (ə) zühur edəndə keçmiş peyğəmbər və imamların bəzi əlamətləri onda mövcud olacaq. Həzrət Süleymanın (ə) bütün canlılara hökm etməyə imkan verən üzüyü, Həzrət Musanın (ə) möcüzələr göstərən əsası, Həzrət Əliyə (ə) məxsus olan Zülfiqar qılıncı bunlardandır. Bunlar Mehdinin (ə) həqiqətən mehdi olduğunu sübut edən nişanələr sayılır. O, özünün haqq olduğunu və özündən əvvəlki peyğəmbərlərin işini davam etdirdiyini sübuta yetirmək üçün bu və digər sübutlara sahib olacaq. Bunlar simvolik nişanələrdir.

Əlbəttə, İmamın rəhbərlik etdiyi qoşunun müasir silahlarla təchiz ediləcəyi və düşmənlərlə onların silahlanma səviyyəsinə uyğun şəkildə döyüşəcəyi də istisna edilmir. Eləcə də, İmamın əsgərlərinin müasir silahlarla savaşacağı, özünün isə Zülfiqarla silahlanacağı da mümkündür. Hər bir halda, yuxarıda deyilən əmanətlər o Həzrətin öz mehdiliyini sübut edəcək nişanələr kimi qəbul edilir.

Daha çox göstər
Back to top button